Gizlilik siyasəti

Son yenilənmə: 5 noyabr 2026

Qısaca

Bid Track avtomobil idxalı ilə məşğul olanlar üçün daxili CRM-dir. Brauzer uzantısı yalnız sən düyməni basanda, yalnız hərrac lot səhifəsindəki avtomobil məlumatını oxuyur və birbaşa sənin öz hesabına göndərir. Məlumat satılmır, reklam üçün istifadə edilmir, analitika xidmətlərinə verilmir.

Uzantı nəyi oxuyur

Uzantı yalnız bu ünvanlarda işləyir: dreambid.pl, copart.com, iaai.com lot səhifələri və Bid Track-in öz saytı. Başqa saytlarda heç nə etmir.

Lot səhifəsindən götürülənlər: lot nömrəsi və mənbə, VIN, il/marka/model, yürüş, zədə və vəziyyət məlumatı, cari/son təklif və «indi al» məbləği, satış tarixi, meydança adı, lentdəki şəkillərin və mühərrik videosunun ünvanları. Səhifədəki şəxsi məlumat — sənin hərrac hesabın, ödəniş kartı, parol — oxunmur və göndərilmir.

Toplama yalnız sənin hərəkətinlə başlayır: üzən düyməni basanda, ya da CRM-dən «Yenilə»/axtarış açdığı səhifədə. Arxa fonda səhifə gəzmir, məlumat yığmır.

Bid Track-in öz saytında uzantı yalnız quraşdırılmış versiyasını yazır — yeni versiya bildirişi üçün. Başqa heç nə oxumur.

İcazələr niyə lazımdır

scripting və sadalanan saytlara giriş icazəsi — toplama kodunu lot səhifəsində işlətmək üçün. Uzantının nə uzaq serverdən kod yükləməsi, nə də fon rejimində işləyən izləyicisi var; bütün kod paketin içindədir.

Hesab məlumatı

Hesabı admin yaradır. Saxlanılanlar: istifadəçi adı və parolun scrypt hash-i (parolun özü heç yerdə saxlanılmır), hesabın hansı brauzerlərdən istifadə olunduğunu saymaq üçün təsadüfi cihaz nömrələri, lotların və meydança qiymətlərinin siyahısı. Qeydiyyat formunu dolduranda yazdığın əlaqə məlumatı admin görsün deyə saxlanılır.

Cookie-lər: imzalanmış sessiya cookie-si (giriş), cihaz nömrəsi cookie-si (hesabın paylaşılmasının qarşısını almaq üçün), tema seçimi. İzləyici (tracking) cookie yoxdur.

Şəkillər və video

Lotun şəkilləri və mühərrik videosu bizim serverə kopyalanır: hərrac saytı lotu siləndə qalereya boşalmasın deyə. Həmin fayllar yalnız sənin hesabına aid lotla birlikdə göstərilir; lot silinəndə onlar da silinir.

Üçüncü tərəflər

Boş qalan marka/model sahələrini tamamlamaq üçün VIN vpic.nhtsa.dot.gov ünvanına göndərilir — bu, ABŞ Nəqliyyat Nazirliyinin açıq və pulsuz xidmətidir. Başqa heç bir xidmətə məlumat getmir: analitika, reklam şəbəkəsi, üçüncü tərəf statistikası yoxdur. Məlumat satılmır və kirayə verilmir.

Saxlama və silmə

Məlumat hesab aktiv olduğu müddətdə saxlanılır. Lotu siyahıdan siləndə onun mediaları da silinir. Hesabın və bütün məlumatının silinməsini istəsən, aşağıdakı nömrə ilə əlaqə saxla — tələb yerinə yetirilir.

Təhlükəsizlik

Sayt HTTPS üzərindən işləyir, sessiya cookie-si imzalanır, parollar hash-lənir, bir hesaba qoşula bilən brauzerlərin sayı məhduddur. Hər istifadəçi yalnız öz lotlarını və meydança qiymətlərini görür.

Dəyişikliklər və əlaqə

Bu siyasət dəyişsə, yuxarıdakı tarix yenilənir. Sual və tələblər üçün: +994 99 310 79 99.